İsveçrənin "Neue Zurcher Zeitung" qəzeti Rusiya prezidenti Vladimir Putini və ABŞ lideri Donald Trampı Fransa prezidentinin, Almaniya kanslerinin, İtaliya və Britaniya baş nazirlərinin üzlərini daşıyan cırtdanlar fonunda təsvir edib.
Bakıvaxtı.az xəbər verir ki, məqalənin özü "Tramp, Putin və Cırtdanlar Çoxluğu: Avropa Niyə Böyümür" adlanır.
Məqalənin müəllifləri qeyd ediblər ki, Trampın Avropa liderlərinə qarşı davranışı təhqiramiz və ədəbsiz ola bilər, lakin ABŞ prezidenti "ağrılı bir nöqtəyə dəyir: Avropa bərabərhüquqlu tərəfdaş deyil və olmayacaq".
"Özünü müdafiə edə bilməmək Avropanın ikinci dərəcəli güc olaraq qalmasının əsas səbəbi deyil. Əsas problemlər əlaqələndirilmiş strategiyanın və siyasi birliyin olmamasıdır. Bu, ilk növbədə, şübhəsiz ki, ən vacib aktyor kimi AB-yə, eyni zamanda Böyük Britaniya və İsveçrə kimi ölkələrə də aiddir", - deyə məqalədə qeyd olunub.
Bakı 




