Macarıstan Ukraynaya razılaşdırılmış 90 milyard avroluq Avropa Birliyi kreditini bloklayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 20 fevralda Macarıstanın AB-dəki səfiri blokun AB büdcəsi ilə təmin edilmiş məbləği borc verməsinə etiraz edib.
Bildirilir ki, Ukraynaya kredit ayırmaq üçün blokun bütün üzv dövlətlərinin dəstəyi mütləqdir.
Nəşr əlavə edib ki, Macarıstanın AB-nin Ukrayna üçün nəzərdə tutulan krediti bloklaması yeni 8 milyard dollarlıq BVF kredit proqramının təsdiqini təhlükə altına qoya bilər.
Bakı 




