ABŞ-də təbii qazın qiyməti ölkənin böyük hissəsini bürüyən sərt Arktika soyuqlarının təsiri ilə artıq üçüncü gündür ki, kəskin bahalaşıb.
Bakıvaxtı.az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 9.89% dəyər qazanaraq 5.3572 ABŞ dollarına bərabər olub.
Eyni zamanda, Niderlandın "Title Transfer Facility” (TTF) platformasında qazın meqavat-saatının dəyəri 14.73% artıb. Beləliklə, qazın meqavat-saatı 39.70 avro olub.
Bakı 



