• Bakı C

    4.93 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Yanvarda Azərbaycanda 200 kq-dan çox qızıl istehsal edildi

İQTİSADİYYAT

20 Fevral 2026 | 17:39

Yanvarda Azərbaycanda 200 kq-dan çox qızıl istehsal edildi

2026-cı ilin yanvar ayında Azərbaycanda 207.8 kq qızıl, 329.8 kq isə gümüş istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2%, gümüş istehsalı isə 12% azalıb.

Qeyd edək ki, 2026-cı il fevral ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 103.6 kq və 550.4 kq təşkil edib.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 2965.1 kq qızıl, 3646 kq isə gümüş istehsal edilib.


SON XƏBƏRLƏR