• Bakı C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

İtkin-şəhid Hidayət Vəliyev dəfn edildi - YENİLƏNİB

CƏMİYYƏT

20 Fevral 2026 | 14:59

İtkin-şəhid Hidayət Vəliyev dəfn edildi - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Hidayət Vəliyev dəfn olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Zümürxan kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

14:42

Bərdə rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Hidayət İsa oğlu Vəliyevlə vida mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, H.Vəliyev 1971-ci il sentyabrın 7-də Bərdənin Zümürxan kəndində anadan olub. 1994-cü il fevralın 12-də Kəlbəcər rayonu, Murovdağ silsiləsi istiqamətində itkin düşüb.

H.Vəliyev doğulduğu kənddə dəfn olunacaq.


SON XƏBƏRLƏR