• Bakı C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Daha 5 parlamentlərarası əlaqələr üzrə İşçi qrupu formalaşdırılır

SİYASƏT

20 Fevral 2026 | 15:33

Daha 5 parlamentlərarası əlaqələr üzrə İşçi qrupu formalaşdırılır

Milli Məclisdə daha 5 parlamentlərarası əlaqələr üzrə İşçi qrupları formalaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı parlamentlərarası İşçi Qruplarının formalaşdırılması təklif edilir:

Azərbaycan-Keniya parlamentlərarası İşçi Qrupu – Namazov Ramid Zakir oğlu;
Azərbaycan-Qambiya parlamentlərarası İşçi Qrupu - Qurbanov Eyvaz Daşdəmir oğlu;
Azərbaycan- Laos parlamentlərarası İşçi Qrupu – Paşayeva Gülşən Məmmədəli qızı;
Azərbaycan – Maldiv parlamentlərarası İşçi Qrupu – Allahverənov Azər Kərim oğlu;
Azərbaycan – Nepal parlamentlərarası İşçi Qrupunun sədri vəzifəsi isə Qafarov Vasif Vaqif oğlu.


SON XƏBƏRLƏR