• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DİQQƏT! Bu rayonda qaz OLMAYACAQ

CƏMİYYƏT

20 Fevral 2026 | 19:12 | Müəllif: Subhan Mahmudov

DİQQƏT! Bu rayonda qaz OLMAYACAQ

Qusar rayonunda 23 fevral saat 10:00-dan etibarən 3 209 abonentin qaz təchizatı dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xaçmaz Regional Qaz İstismarı idarəsi (RQİİ) məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması Şahdağ yolunun təmiri ilə əlaqədardır.

Qaz təchizatı dayandırılan müddətdə Qusarın Yeni məhəllə, Şarvili, Füzuli, Sərdar Səfərov, Maqamayev, 8 Mart, Elza İbrahimova, Ləzgi-Nemət, Sahil, Məlikov, Füruddin Həsrətov, Yetim-Emin, Ləzgi Əhməd küçələri, Qayakənd və Çiləgir kəndləri olmaqla ümumilikdə 3 209 abonentin qaz təchizatında fasilə yaranacaq.

Qeyd edilib ki, qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026