Milli Məclisdə uşaqların hərbi münaqişələrdə iştirakı və bu sahəyə müdaxilə imkanları ilə bağlı qanun layihəsi müzakirə edilib.
Bakıvaxtı.az-ın xəbərinə görə, deputat Hikmət Babaoğlu çıxışında bildirib ki, uşaqların hüquqlarının qorunması günümüzdə xüsusilə aktuallaşıb.
“Uşaqların hərbi münaqişələrdə iştirakı və bu sahəyə müdaxilə cəhdləri, həmçinin müdaxilə imkanları hər gün bir qədər də artmaqdadır. Bunlar şəbəkələr, digər internet resursları və sair vasitəsilə baş verir. Ona görə də mən bu layihəni həm də ona görə yüksək qiymətləndirirəm ki, indi qarşımıza qoyduğumuz və uşaq hüquqlarına dair məqsəd icra olunacaqdır”, – deyə ovurğulayıb.
Hikmət Babaoğlu həmçinin qanun layihəsinin giriş hissəsində terminlərin aydınlaşdırılmasının vacibliyini qeyd edib.
Deputat bildirib ki, “uşaq”, “yetkinlik yaşına çatmayan” və “yeniyetmə” anlayışlarının dəqiq hüquqi tərifi müəyyən edilməlidir ki, qanunun tətbiqi zamanı çətinlik yaranmasın.
Əli Hüseynov
Bakı 




