• Bakı 32° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

DÇ-2026-nın finalının yenidən keçirilməsini tələb edirlər

CƏMİYYƏT

24 Iyul 2026 | 13:13

DÇ-2026-nın finalının yenidən keçirilməsini tələb edirlər

Argentina millisinin azarkeşləri 2026-cı il dünya çempionatının (DÇ-2026) final qarşılaşmasının yenidən keçirilməsi tələbi ilə petisiya başladıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.

Qeyd edək ki, nüfuzlu turnirin həlledici oyununda Argentina yığması İspaniya seçməsinə 0:1 hesabı ilə məğlub olub.

Matçın baş hakimi funksiyasını sloveniyalı Slavko Vinçiç yerinə yetirib. Cənubi Amerika təmsilçisinin tərəfdarları change.com platformasında petisiya yaradaraq, oyunun nəticəsinə təsir etdiyini düşündükləri hakim qərarlarından narazılıqlarını bildiriblər. Onlar FIFA-nı matçı yenidən keçirməyə çağırıblar. Sözügedən müraciəti artıq 60 mindən çox insan imzalayıb.

İspaniyanın nəqliyyat naziri Oskar Puente isə məsələyə qeyri-adi münasibət bildirib:

"Onlar bəlkə nəhayət qapıya zərbə endirə bilsinlər deyə daha 120 dəqiqə oynamaq istəyirlər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyul 2026