• Bakı 29° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Göyçayda yol qəzası: 4 yaralıdan ikisi ölüb - YENİLƏNİB

HADİSƏ

23 Avqust 2026 | 09:52

Göyçayda yol qəzası: 4 yaralıdan ikisi ölüb - YENİLƏNİB

Göyçayda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan dörd nəfərdən ikisi dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

***

09:00

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində baş veriib.

İlkin məlumata görə, "Kia" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Zərbənin təsirindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıb. Onlar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Avqust 2026