Xəbər verdiyimiz kimi, Azərbaycan-Fransız Universitetinin (UFAZ) 3-cü kurs tələbəsi Fidan Abbaslı vəfat edib.
UFAZ-ın “Kompüter elmləri” ixtisasında təhsil alan 3-cü kurs tələbəsi Fidanın ölümü ilə bağlı yeni məlumat əldə edilib. Belə kİ, yaxınlarının məlumatına görə, o, burun əməliyyatı zamanı dünyasını dəyişib.
Qeyd edək ki, Fidan Abbaslı 2024-cü ildə Bakı Türk Liseyindən məzun olub. Onun atası Kamil Abbasov həmin təhsil müəssisəsində kimya müəllimi işləyir.
















