• Bakı 31° C

    6.52 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Azərbaycanda dövlət əmlakını özəllə dəyişdirmək mümkün olacaq - VİDEO

CƏMİYYƏT

23 Avqust 2026 | 10:40

Azərbaycanda dövlət əmlakını özəllə dəyişdirmək mümkün olacaq - VİDEO

 Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən rəsmi hərraclarda iştirak etmək lazımdır.

Bakıvaxtı.az xəbər verir ki, oxu.az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu özəlləşdirilə bilən dövlət əmlakı ilə bağlıdır.

Bəs bu necə olacaq?

Belə ki, dövlət mülkiyyətində olan müəyyən əmlakı, o cümlədən torpaq sahələrini özəl mülkiyyətdə olan digər əmlakla dəyişə biləcək.

Məsələn, dövlətə məxsus torpaq sahəsi müəyyən şərtlər daxilində vətəndaşa və ya şirkətə məxsus başqa əmlakla dəyişdirilə bilər.

Lakin burada vacib məqam var. Bütün dövlət torpaqları bu qaydaya aid deyil. Özəlləşdirilməsi qadağan olunan, dövlətin müstəsna mülkiyyətində olan və ya dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaq sahələri dəyişdirilə bilməyəcək.

Dəyişdirilən əmlak müstəqil qiymətləndirici tərəfindən bazar qiyməti nəzərə alınmaqla qiymətləndiriləcək.

Yəni məqsəd dövlət əmlakından daha səmərəli istifadə etmək və əmlak mübadiləsini asanlaşdırmaqdır.

Qısası, müəyyən dövlət əmlakının özəl əmlakla dəyişdirilməsi hüquqi baxımdan mümkün olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Avqust 2026