• Bakı 31° C

    6.52 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir 

CƏMİYYƏT

23 Avqust 2026 | 10:45

Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir

Həkimlər tərkibində gübrələrdən qaynaqlanan yüksək miqdarda kimyəvi maddələr olan qarpızların istehlakından çəkinməyi tövsiyə edirlər.

Bakıvaxtı.az xəbər verir ki, erkən yetişən qarpızlar Rusiyaya Türkiyə, Çin, Özbəkistan, Qazaxıstan və Azərbaycan kimi isti ölkələrdən idxal olunur. Bildirilir ki, bu məhsulların daşınmaya davamlılığını təmin etmək məqsədilə müxtəlif kimyəvi maddələrlə işlənə bilər.

Məlumata görə, belə qarpızların tərkibində nitrat və pestisidlərin izləri ola bilər. Erkən yetişən qarpızların tərkibindəki nitratların mədə-bağırsaq sisteminə mənfi təsir göstərə biləcəyi qeyd olunur.

Bildirilib ki, gübrələrin tərkibində olan nitratlar orqanizmə daxil olduqdan sonra bağırsaq mikroflorasına və mədə selikli qişasına zərər verə bilər.

Qarpızın kimyəvi tərkibində nitrat və digər maddələrin miqdarını dəqiq müəyyənləşdirmək üçün laboratoriya müayinəsi tələb olunur. Ev şəraitində məhsuldakı kimyəvi maddələrin miqdarını etibarlı şəkildə müəyyən etmək mümkün deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Avqust 2026