• Bakı 32° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binası belə görünəcək - FOTOLAR

CƏMİYYƏT

24 Iyul 2026 | 12:58

Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binası belə görünəcək - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 23 dekabr 2025-ci il tarixində təməli qoyulan Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasında tikinti işləri davam edir.

Bakıvaxtı.az xəbər verir ki, ən müasir standartlara uyğun inşa edilən binada tələbələrin və akademik heyətin istifadəsinə veriləcək müasir auditoriyalar, laboratoriyalar, kitabxana və elmi-tədqiqat məkanları yaradılır. 

Gələcəyin mühəndislərinin yetişəcəyi bu müasir tədris binası tələbələrin nəzəri biliklərini möhkəmləndirməklə yanaşı, onların praktiki bacarıqlarının inkişafına və innovativ fəaliyyətlərinin genişləndirilməsinə mühüm töhfə verəcək,  yüksək ixtisaslı mühəndis kadrlarının hazırlanmasına xidmət göstərəcək. 

Qeyd edək ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsində İstanbul Texniki Universiteti ilə ikili diplom proqramı çərçivəsində elektrik və elektronika mühəndisliyi, mexanika mühəndisliyi, kimya mühəndisliyi və inşaat mühəndisliyi ixtisasları üzrə dövlət hesabına tədris həyata keçiriləcək.

Tədris binasının cari ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyul 2026