• Bakı 32° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

Qazaxda şəhid qəbri baxımsız qalıb: “İcra başçısı bir dəfə də olsun ...” - VİDEO

CƏMİYYƏT

24 Iyul 2026 | 11:09

Qazaxda şəhid qəbri baxımsız qalıb: “İcra başçısı bir dəfə də olsun ...” - VİDEO

“Atam – şəhid Elşən Orucovun qəbri baxımsız vəziyyətdə qalıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qazax rayon Xanlıqlar kənd sakini, İkinci Qarabağ savaşında qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Orucov Elşən Ehtiram oğlunun övladı Ehtiram Orucov deyib.

Atasının qəbrinin baxımsız vəziyyətdə olmasından şikayətlənən Ehtiram Orucov bu məsələ ilə bağlı Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycanın Birnci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib:

"Yay tətilində Qazaxa gəldim, atamın qəbrini ziyarət etdim. Gördüm ki, metlaq daşları dağılıb, bayraq yerindən çıxarılaraq, tərsinə asılıb. Mən çox pis oldum, üzüldüm. 6 ilə yaxındır ki, atam şəhid olub, amma Qazax rayon İcra Hakimiyyətinin  başçısı Rəcəb Babaşov bir dəfə də olsun, qapımızdan içəri daxil olub, bizi ziyarət etməyib".

E.Orucov Azərbaycan Prezidenti və Birinci vitse-prezidentlə görüşmək istədiyini də deyib:

"Mən qəhrəman bir şəhid övladı olaraq, sizinlə görüşmək istəyirəm. Xahiş edirəm, məni qəbul edəsiniz".

 

Murad


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyul 2026