• Bakı 32° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

Şənbə gününün HAVASI

CƏMİYYƏT

24 Iyul 2026 | 12:31

Şənbə gününün HAVASI

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyul 2026