• Bakı 31° C

    0.99 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

Suraxanıda kafedə nöqsanlar aşkarlandı - FOTOLAR

CƏMİYYƏT

24 Iyul 2026 | 14:11

Suraxanıda kafedə nöqsanlar aşkarlandı - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olmuş vətəndaş müraciəti əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fiziki şəxs İlham Saməddin oğlu Soltanova məxsus kafedə plandankənar yoxlama keçirilib.

Bu barədə Bakıvaxtı.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı obyektin qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitar-gigiyenik tələblərə və qida ilə təmasda olan səthlərə dair tələblərə əməl edilmədiyi, havalandırma sisteminin və zəruri yuma çanaqlarının olmadığı, soyuducuda korroziya izlərinin müşahidə edildiyi və digər nöqsanlar aşkarlanıb.

Aşkar edilmiş uyğunsuzluqlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. Nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyul 2026