• Bakı 31° C

    0.99 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

Bakıda çimərlikdə oğurluq edilib

CƏMİYYƏT

24 Iyul 2026 | 14:09

Bakıda çimərlikdə oğurluq edilib

Paytaxtın Səbail rayonu ərazisində yerləşən çimərlikdə oğurluq hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək içərisində mobil telefon, zinət əşyası, nağd pul və digər şəxsi ləvazimatların olduğu çantasının naməlum şəraitdə talandığını bildirib.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən C.Şirinli və A.Şahverdiyev müəyyən olunaraq saxlanılıblar.

    Araşdırmalarla onların zərərçəkənin dənizdə çimərkən çantasını sahildə qoymasından sui-istifadə edərək oğurluğu törətdikləri məlum olub.

    Faktla bağlı araşdırmalar davam etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Iyul 2026