• Bakı C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Xocavənd şəhəri və Xocavənd kəndinə İLK KÖÇ - FOTOLAR - YENİLƏNİB

    CƏMİYYƏT

    20 Fevral 2026 | 13:51

    Xocavənd şəhəri və Xocavənd kəndinə İLK KÖÇ - FOTOLAR - YENİLƏNİB

    İlk köç karvanı Xocavənd şəhəri və eyni adlı kəndə çatıb.

    Bakıvaxtı.az xəbər verir ki, ilk mərhələdə Xocavənd şəhərinə 50 (194 nəfər), kəndinə isə 20 ailənin (94 nəfər) qayıdışı təmin edilib.

    ***

    12:51

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük qayıdış” davam edir.

    Bakıvaxtı.az xəbər verir ki, Xocavənd şəhəri və Xocavənd kəndinə ilk köç karvanı yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    İlk mərhələdə Xocavənd şəhərinə 50 ailə - 194 nəfər, Xocavənd kəndinə isə 20 ailə - 94 nəfər köçürülüb.

    Doğma yurda dönən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


    SON XƏBƏRLƏR

    19 Fevral 2026