Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Qılman Surxay oğlu Hacıyev dəfn olunub.
Bakıvaxtı.az xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Kələntərli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Q.Hacıyev 1972-ci il noyabrın 16-da Bərdənin Kələntərli kəndində anadan olub. 1994-cü il fevralın 11-də Kəlbəcər rayonu, Yanşaq kəndi istiqamətində itkin düşüb.
Bakı 




