• Bakı C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Siyavuş Novruzov: Azərbaycan ədalətli məhkəmə prinsiplərinə sadiqdir

CƏMİYYƏT

20 Fevral 2026 | 11:59

Siyavuş Novruzov: Azərbaycan ədalətli məhkəmə prinsiplərinə sadiqdir

Ölkəmiz beynəlxalq konvensiyalara qoşulub və ədalətli məhkəmə prinsiplərinə sadiqliyini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Parlamentin plenar iclasında deputat Siyavuş Novruzov qeyd edib.

Deputat bildirib ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanın həyata keçirdiyi məhkəmə proseslərini və insan hüquqları sahəsindəki tədbirlərini ədalətsiz şəkildə qiymətləndirir.

"Müəyyən faktlar məhz həmin şəxslərin öz ifadələrində əksini tapıb. Bəzi erməni millətçi və şovinist mövqedə olan dairələrin beynəlxalq təşkilatlarda Azərbaycana qarşı qərəzli yanaşma sərgilədiyi bildirilir. Müxtəlif maliyyə mənbələri hesabına fəaliyyət göstərən bəzi qurumların, o cümlədən insan hüquqları təşkilatlarının Azərbaycanın çıxardığı məhkəmə hökmlərinə qarşı çıxmağa çalışdığı qeyd olunur", — deyə Siyavuş Novruzov əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

19 Fevral 2026