Qırğızıstanda Milli Təhlükəsizlik Dövlət Komitəsinin (DTK) Bişkek üzrə 6-cı idarəsinin rəhbəri saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, “Grudak” ləqəbli DTK əməkdaşı Hərbi Prokurorluq tərəfindən tutulub. Pervomayski Rayon Məhkəməsi onun barəsində istintaq materialları nəzərə alınaraq aprelin 15-dək müvəqqəti saxlama təcridxanasında həbs qətimkan tədbiri seçib.
Bildirilir ki, o, “Korrupsiya” maddəsi üzrə istintaqa cəlb olunub. Hazırda araşdırma davam edir./Unikal
Bakı 




