• Bakı C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Meyxanaçı Samirə qızının saxlanılmasından danışdı

CƏMİYYƏT

20 Fevral 2026 | 14:22

Meyxanaçı Samirə qızının saxlanılmasından danışdı

Meyxanaçı Samirə qızı Fərəh Samirəqızının saxlanılması ilə bağlı yazılan xəbərlərə münasibət bildirib.

Bakıvaxtı.az-ın məlumatına görə, o, Oxu.Az-a açıqlamasında bildirib ki, qızı, müğənni Fərəh Samirəqızı saxlanılmayıb.

Meyxanaçı sözlərinə belə davam edib:

"Qızımın nitqində söyüş və təhqir olmamasına baxmayaraq, ictimai qınağa səbəb olduğu üçün 500 manat məbləğində cərimə edilib. Qızıma şərti həbs cəzası filan verilməyib. Qızımın danışığında təhqiramiz heç nə yoxdur. "Orasını-burasını yemək" pis ifadədir? Mən gözünü də yeyə bilərəm, qaşını da, burnunu da. Bu, təhqiramiz ifadə deyil. Təhqiramiz hərəkət spirtli içki içib efirə çıxmaq və onu yayımlamaqdır. Yaxud da insanlara nəyisə təbliğ etməkdir".

Xatırladaq ki, Fərəh Samirəqızının sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb. F.Samirəqızının sosial şəbəkədə həmkarı Kəmalə Günəşlinin müdafiə xarakterli çıxışı birmənalı qarşılanmayıb.


SON XƏBƏRLƏR