• Bakı C

    4.93 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

ABŞ-nin ən böyük hava zərbə qrupu Aralıq dənizinə daxil oldu

DÜNYA

20 Fevral 2026 | 17:59

ABŞ-nin ən böyük hava zərbə qrupu Aralıq dənizinə daxil oldu

ABŞ-nin ən böyük təyyarədaşıyan gəmisi “USS Gerald R. Ford” və onu müşayiət edən hərbi gəmilər Cəbəllütariq boğazından keçərək Aralıq dənizinə daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

“The Washington Post” bundan öncə hazırkı və keçmiş ABŞ rəsmilərinə istinadla yazmışdı ki, Donald Trump administrasiyası İrana qarşı genişmiqyaslı və uzunmüddətli hücuma hazırlıq istiqamətində hərəkət edir. Məlumata görə, Pentaqon Yaxın Şərqdə böyük zərbə qüvvəsinin formalaşdırılmasını tamamlamaq üçün “USS Gerald R. Ford” və onu müşayiət edən gəmilərin bölgəyə gəlişini gözləyir. Gəmilərin Aralıq dənizinin İsrail sahillərində yerləşdiriləcəyi planlaşdırılır./Teleqraf


SON XƏBƏRLƏR