• Bakı C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Anar Əsədlinin məhkəməsində zərərçəkən: 150 min dollar...

CƏMİYYƏT

20 Fevral 2026 | 13:40

Anar Əsədlinin məhkəməsində zərərçəkən: 150 min dollar...

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən proses zərərçəkən Oktay Qasımovun prokurorun suallarını cavablandırılması ilə işini davam etdirib.

Zərərçəkən Anar Əsədliyə ümümilikdə 150 min ABŞ dolları verdiyini və həmin vəsaitin hələdə 77 min ABŞ dollarını təqsirləndirilən şəxs tərəfindən qaytarılmadığını deyib.

"Anar Əsədli vəd vermişdi ki,Türkiyənin İstanbul şəhərində təmirsiz ev alaraq onu təmir edib satıb ,bu satışdan da yaxşı qazanc əldə edəcəkdik.Mən ilk dəfə verdiyim 50 min ABŞ dollarından mənə 2300 ABŞ dolları qazanc verildi.Daha sonra Anar Əsədli mənə bildirdi ki,Türkiyənin İzmit şəhərində xəstəxana tikintisi ilə bağlı tender keçirilməlidir və orda pay sahibi olmaq üçün daha 50 min ABŞ dolları verilməlidir.Bu məbləği də verdim.Bir müddət sonra daha 50 min ABŞ dolları da vermişəm".

Təqsirləndirilən Anar Əsədli isə zərərçəkənin bütün bu ifadələrinin yalan olduğunu və ona qarşı qurulan bir oyun kimi qiymətləndirib.

Digər zərərçəkən Tamara Allahverdiyeva isə ifadəsi zamanı Anar Əsədlini şəxsən tanımadığını və onun anası ilə iş yoldaşı olduğunu deyib
"Mən Anar müəllimin anası Şəfiqə xanımla iş yoldaşı olmuşam.Şəfiqə xanım oğluna maşın almaq üçün 45 min ABŞ dolları borc istədi,məndə vermişəm.Ondan sonra xəbərim olmayıb həmin pulu hara xərcləyiblər.Həmin məbləğin 10 min ABŞ dolları qaytarîlıb".

Növbəti proses martın 13 -nə təyin edilib. 

Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.

Məhkəmədə zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsirov və Tamara Allahverdiyeva tanınıb.


SON XƏBƏRLƏR

19 Fevral 2026