Yaponiya hökuməti milli kəşfiyyat agentliyi yaradacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi andiçmə mərasimi zamanı bildirib.
"Kəşfiyyat Agentliyi Milli Kəşfiyyat Agentliyinə çevriləcək ki, bu da müvafiq qurumlardan məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasına və səmərəli istifadəsinə imkan verəcək", - deyə o bildirib.
Takaiçi həmçinin deyib ki, Nazirlər Kabinetinin kəşfiyyat koordinasiya funksiyasını gücləndirmək üçün Baş nazirin sədrliyi və müvafiq nazirlərin iştirakı ilə Milli Kəşfiyyat Şurası yaradılacaq.
Əli Hüseynov
Bakı 




