Uşaqların vicdan azadlığı və dini təlimatlara çıxışı diqqətlə tənzimlənməlidir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin yaz sessiyasının bugünkü plenar iclasında deputat Hikmət Babaoğlu bildirib.
Deputat çıxışında deyib:
“24-cü maddənin ikinci bəndində göstərilir ki, uşaqlar valideynləri ilə razılaşaraq din seçə bilərlər. Amma uşağın valideynləri nə qədər hazırlıqlıdır ki, öz uşağına dini biliklər ötürsünlər? Bu məsələlərə baxılmasa, qanun üzərində razılıq yanlış anlaşılmalara səbəb ola bilər və uşağın psixoloji inkişafına mənfi təsir göstərə bilər”.
Hikmət Babaoğlu həmçinin uşaqların məlumat azadlığı məsələsinə toxunub. Deputat vurğulayıb ki, uşaqlar yetkin olmadığından öz azadlıqlarının sərhədlərini müəyyənləşdirməkdə çətinlik çəkə bilər və valideynlərin müdaxiləsi zəruri ola bilər.
“Bu məsələ qanun layihəsində ayrıca nəzərə alınmalıdır”, – deyə Babaoğlu əlavə edib.
Əli Hüseynov
Bakı 




