"44 günlük müharibədən sonra saxlanılan bəzi erməni mənşəli şəxslər məhkəmə proseslərində əhəmiyyətli etiraflar veriblər".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü planer iclasında deputat Siyavuş Novruzov deyib.
O qeyd edib ki, təqsirləndirilənlərdən bəziləri baş vermiş qanlı hadisələrlə bağlı ifadələrində faktları təsdiqləyib, hətta bəzən kütləvi məzarlıqların yerlərini göstəriblər:
"Azərbaycanda keçirilən məhkəmə proseslərində erməni mənşəli təqsirləndirilən şəxslər bəzi faktları özləri etiraf etmiş, hətta bəzi hallarda kütləvi məzarlıqların yerlərini göstərmişlər".
Deputat vurğulayıb ki, Xocalı faciəsini törətmiş şəxslərlə bağlı çıxarılan məhkəmə qərarları qanun çərçivəsində qəbul olunub və artıq hüquqi qüvvəyə minib.
Əli Hüseynov
Bakı 




