q
  • Bakı 14° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

ÇL-də həftənin rəmzi komandasında kimlər var?

İDMAN

19 Fevral 2026 | 21:59

ÇL-də həftənin rəmzi komandasında kimlər var?

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, qurumun mətbuat xidməti qitənin nüfuzlu turnirinin ən yaxşı 11 futbolçusunu açıqlayıb.

Həftənin rəmzi komandası belə müəyyənləşib:

Qapıçı: Kobel ("Borussiya")

Müdafiəçilər: Rüerson ("Borussiya"), Sançes ("Qalatasaray"), Bern ("Nyukasl"), Qrimaldo ("Bayer")

Yarımmüdafiəçilər: Sara ("Qalatasaray"), Tçuameni ("Real"), Dzolis ("Brügge"), Due (PSJ), Qordon ("Nyukasl")

Hücumçu: Heq ("Bodo/Qlimt")

Xatırladaq ki, siyahıda yer alan "Nyukasl"ın futbolçusu Qordon həftənin ən yaxşı oyunçusu adını qazanıb. O, komandasının Bakıda "Qarabağ"ı 6:1 hesabı ilə məğlub etdiyi görüşdə 4 qol vuraraq qələbədə həlledici rol oynayıb.


SON XƏBƏRLƏR

03 May 2026