• Bakı 22° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Rubionu bu sözünə görə işdən çıxardacaqdım - Tramp

DÜNYA

19 Fevral 2026 | 23:32 | Müəllif: Subhan Mahmudov

Rubionu bu sözünə görə işdən çıxardacaqdım - Tramp

Münhen Təhlükəsizlik Konfransında çıxışına görə dövlət katibi Marko Rubionu az qala işdən çıxaracaqdım.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Sülh Şurasının ilk iclasında zarafatyana şəkildə deyib.

"Marko, sən Münhendə qürurlanmaq üçün bəhanə yaratdın. Əslində, o, o qədər yaxşı idi ki, mən onu az qala işdən çıxaracaqdım, çünki deyirdilər ki, Tramp niyə bunu edə bilmir?” – Ağ Ev rəhbəri bildirib.

Amerika lideri qeyd edib ki, Rubionun məsələlərə yanaşması onu kabinetin digər üzvü – Ceyms Di Vensdən fərqləndirir.

Qeyd edək ki, 62-ci Münhen Təhlükəsizlik Konfransında Rubio sərhədsiz bir dünya ideyasının və milli maraqları qlobal nizamla əvəz etməyin səhv olduğunu söyləmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026