• Bakı C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Pirşağı və Ləhic bağları işıqsız qalacaq

CƏMİYYƏT

20 Fevral 2026 | 08:42

Pirşağı və Ləhic bağları işıqsız qalacaq

Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq "Pirşağı" yarımstansiyasından çıxan 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq.

Bu barədə Bakıvaxtı.az-a "Azərişıq" ASC-dən bildirilib.

Verilən məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Qeyd olunub ki, təmir, yenidənqurma və güc artımı işləri tamamlandıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR

19 Fevral 2026