• Bakı C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Yadplanetlilərlə bağlı məxfi sənədlər açıqlanacaq

DÜNYA

20 Fevral 2026 | 10:48

Yadplanetlilərlə bağlı məxfi sənədlər açıqlanacaq

ABŞ Prezidenti Donald Tramp yadplanetlilər və uçan naməlum obyektlərlə (UNO) bağlı məxfi sənədlərin açıqlanması üçün proses başladılacağını bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bunu "Air Force One" təyyarəsində jurnalistlərə deyib.

Donald Tramp UNO və yadplanetlilərlə bağlı məxfi sənədlərin açıqlanması üçün proses başladılacağını deyib. O, aidiyyəti qurumlara sənədlərin müəyyənləşdirilib ictimaiyyətə təqdim olunması barədə göstəriş veriləcəyini bildirib və Barak Obamanın mövzu ilə bağlı açıqlamasını tənqid edib.

Obama isə kainatın genişliyini nəzərə alaraq Yerdənkənar həyatın mümkün ola biləcəyini desə də, prezidentliyi dövründə buna dair heç bir sübut görmədiyini vurğulayıb.

Pentagonun 2024-cü il hesabatında da yadplanetlilərlə bağlı heç bir sübutun tapılmadığı, müşahidələrin çoxunun adi və ya təbii hadisələrlə izah edildiyi qeyd olunub. 2023-cü ildə ABŞ Konqresində keçirilən dinləmələrdə də konkret fakt təqdim edilməyib.


SON XƏBƏRLƏR

19 Fevral 2026