• Bakı C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Məhdudiyyətlə bağlı sürücülərə müraciət edildi

CƏMİYYƏT

20 Fevral 2026 | 10:25

Məhdudiyyətlə bağlı sürücülərə müraciət edildi

21 fevral tarixində paytaxtın Suraxanı rayonu, Hava limanı şosesində (“Buta Palace”-nin yaxınlığı) yeni quraşdırılan elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyada son tamamlama işləri ilə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər DYP İdarəsindən bildirilib.

Qeyd edilib ki, məhdudiyyət 21 fevral tarixində saat 00:00-dan 05:45-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) "Koroğlu" metrostansiyası istiqamətində, 02:00-dan 05:15-dək isə "Koroğlu" metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində tətbiq ediləcək.

"Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən Mərdəkan şosesindən gələn sürücülər Zığ şosesinə, şəhər istiqamətindən gələn sürücülər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək.

Bundan əlavə sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər", - müraciətdə vurğulanıb.


SON XƏBƏRLƏR

19 Fevral 2026