ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı sanksiyaları bir il müddətinə uzadıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ hökumətinin məlumatında deyilir.
Bildirilib ki, bu məhdudiyyətlər ABŞ-ın 44-cü prezidenti Barak Obamanın 2015-ci ilin mart ayında Bolivar Respublikasında baş verən insan haqlarının pozulması ilə bağlı imzaladığı fərman əsasında tətbiq olunub.
Sonrakı illərdə bu sanksiyalar dəfələrlə sərtləşdirilib və uzadılıb.
Bakı 




