• Bakı C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Endryu sərbəst buraxıldı

DÜNYA

20 Fevral 2026 | 10:02

Endryu sərbəst buraxıldı

Britaniya Kralı III Çarlzın kiçik qardaşı Endryu Mauntbatten-Vindzor təxminən 12 saatlıq sorğu-sualdan sonra sərbəst buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb. 

Endryu İngiltərənin Norfolk şəhərindəki Aylşam polis bölməsindən çıxan bir avtomobilin arxa oturacağında görülüb.

Polis bildirib ki, Endryu əlavə istintaq aparılana qədər sərbəst buraxılıb, yəni ona qarşı istintaq davam edir.

Endryu Mauntbatten-Vindzor 19 fevral günü, səhər saatlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etmək şübhəsi ilə saxlanılıb. Hadisə onun 66-cı doğum günündə baş tutub. Kral III Çarlz qardaşına qarşı istintaqı dəstəkləyib: "Aydın olsun ki, qanun qalib gəlməlidir".

Endryu cinsi istismar məqsədilə insan alverində ittiham olunan Ceffri Epşteynlə dost olub. Qurbanlardan biri olan amerikalı Virciniya Cuffre bildirib ki, o, Epşteynin təhriki ilə Endryu da daxil olmaqla nüfuzlu tanışlarına "fahişəlik" edib. O, 2001-ci ildə, 17 yaşında ikən Endryu ilə üç dəfə cinsi əlaqədə olduğunu bildirib. Cuffre 2025-ci ilin aprelində intihar edib.

Britaniya kral ailəsinin hər hansı üzvünün həbsi sonuncu dəfə 350 ildən çox əvvəl - 1647-ci ildə olub. O zaman I Karl Vətəndaş müharibəsi zamanı əsir götürülmüş, xəyanətdə günahkar bilinmiş və edam edilmişdi.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

19 Fevral 2026