• Bakı C

    9.57 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Azərbaycan və digər ölkələrin 7 milyard dollarlıq sənədi imzalama mərasimi - YENİLƏNİB -VİDEO

DÜNYA

19 Fevral 2026 | 21:09

Azərbaycan və digər ölkələrin 7 milyard dollarlıq sənədi imzalama mərasimi - YENİLƏNİB -VİDEO

Xəbər verdiyimiz kimi, Qazaxıstan, Azərbaycan, BƏƏ və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir qrup ölkə Qəzza zolağının yenidən qurulması üçün yardım paketinə 7 milyard dollardan çox vəsait ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, Sülh Şurasının bəzi üzvləri fonda ianə ayrılması üçün sənədin imzalanma mərasiminə dəvət olunublar.

Sənədi Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveyt liderləri imzalayıb.

***19:26

Azərbaycan və bir neçə ölkə Sülh Şurasının büdcəsinə birlikdə 7 milyard dollardan çox vəsait ayırıb. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Şuranın iclasında ABŞ prezidenti Donald Tramp  deyib.

"Bu gün Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveytin yardım paketinə 7 milyard dollardan çox vəsait ayırdığını elan etməkdən məmnunam. Bu, fantastikdir. Təşəkkür edirəm", - deyə Tramp bildirib.

 

 


SON XƏBƏRLƏR