• Bakı 12° C

    11.89 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Xocalıya növbəti KÖÇ - FOTO - YENİLƏNİB

CƏMİYYƏT

19 Fevral 2026 | 14:12

Xocalıya növbəti KÖÇ - FOTO - YENİLƏNİB

Fevralın 19-da Xocalı rayonunun Xanabad kəndinə ilk köç həyata keçirilib.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Xanabad kəndinə ilkin mərhələdə 154 nəfərdən ibarət 38 ailə qayıdıb.

    Bildirilib ki, kənddə mövcud yaşayış evləri əsaslı şəkildə təmir olunub, yaşayış məntəqəsi 24 saat fasiləsiz olaraq təbii qaz, elektrik enerjisi və içməli su ilə təmin edilib, sakinlərin rahat yaşayışı üçün hərtərəfli şərait yaradılıb. Yeni mənzillərin açarları Xocalı şəhərində keçirilən mərasimdə sakinlərə təqdim olunub.

    Təqdimetmə mərasimində iştirak edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonları üzrə Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış edərək bildirib ki, Xanabad kəndində bütün zəruri infrastruktur qurulub və əhalinin dayanıqlı məskunlaşması, məşğulluğunun təmin edilməsi üçün kompleks tədbirlər həyata keçirilib.

    Qeyd olunub ki, bu proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş “Böyük Qayıdış” proqramının tərkib hissəsidir. Dövlət başçısının vurğuladığı kimi, işğaldan azad edilmiş ərazilərdə həyat sürətlə bərpa olunur, keçmiş məcburi köçkünlər doğma yurdlarına ləyaqətli və təhlükəsiz şəkildə qayıdırlar.

    Xatırladaq ki, Xanabad kəndinə həyata keçirilən bu köç nəzərə alınmaqla, ümumilikdə Xocalı rayonu üzrə artıq 1 şəhər və 8 kəndə keçmiş məcburi köçkünlərin köçü təmin edilib.

    ***

    13:43

    İlk köç karvanı Xocalının Xanabad kəndinə çatıb, mənzillərin açarları təqdim olunub.

    Bakıvaxtı.az xəbər verir ki, ilk mərhələdə Xanabad kəndinə 38 ailənin (154 nəfər) qayıdışı təmin edilib.

    ***

    12:42

    Bu gün Xanabad kəndinə yola salınan ilk köç karvanı Xocalı şəhərinə çatıb.

    Bakıvaxtı.az xəbər verir ki, ilk mərhələdə Xanabad kəndinə 38 ailə (154 nəfər) köçürülür.

    Ailələri Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
     

    ***

    12:30

    Xocalı rayonunun Xanabad kəndinə ilk köç karvanı yola salınıb.

    Bakıvaxtı.az xəbər verir ki, ilk mərhələdə Xanabad kəndinə 38 ailənin (154 nəfər) qayıdışı təmin edilib.

    Kəndə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


    SON XƏBƏRLƏR

    18 Fevral 2026