"Amerikalı jurnalist Taker Karlson Ben Qurion hava limanında saxlanılıb dindirildiyi iddialarının əksinə olaraq, sadəcə standart təhlükəsizlik prosedurlarından keçir".
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib.
Hakabi "X"də yazıb: "Media Takerin saxlanıldığı barədə yalan xəbər yayıb. ABŞ-nin İsraildəki səfirliyi Takerin təhlükəsizlik yoxlama prosedurlarından keçdiyini və hər kəsin cavablandırdığı eyni təhlükəsizlik suallarını cavablandırdığını bildirir".
Səfir əlavə edib ki, hətta diplomatik pasportla səyahət edənlər də vaxtaşırı İsraildə oxşar yoxlama prosedurlarından keçmək məcburiyyətində qalır.
Zeynəb Rzayeva
Bakı 




