İş adamı, sabiq deputat və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın evində axtarış aparılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan mediası iş adamının vəkilinə istinadən məlumat yayıb.
Vəkilin sözlərinə görə, ittihamlar Tsarukyanla əlaqəli deyil və 2020-ci ildə Arinj bələdiyyəsinin keçmiş vəzifəli şəxslərinə qarşı açılmış cinayət işi ilə bağlıdır.
“İş üzrə bəzi torpaq sahələrinin ekspertizasını aparmaq lazım gəlib və bu sahələrdən bəziləri Tsarukyanın mülkiyyətində olan ərazilərlə üst-üstə düşür”, - vəkil əlavə edib.
Qeyd edək ki, Qaqik Tsarukyanın barəsində cinayət işi açılıb, Ermənistandan çıxışına qadağa qoyulub./APA
Bakı 




