• Bakı C

    8.19 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Vens İlham Əliyevlə Paşinyana təşəkkür etdi - VİDEO

SİYASƏT

19 Fevral 2026 | 19:48

Vens İlham Əliyevlə Paşinyana təşəkkür etdi - VİDEO

ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan və Ermənistan liderlərinə təşəkkür edib.

Bakıvaxtı.az xəbər verir ki, Vaşinqtonda “Sülh Şurası”nın ilk iclasında çıxış edən Vens bu yaxınlarda Ermənistan və Azərbaycana səfər etdiyini xatırladıb.

    “Biz sizin tərəfdaşlığınıza görə minnətdarıq, xüsusilə də ötən həftə görüşdüyüm Azərbaycan Prezidenti və Ermənistan Baş naziri barədə düşünürəm. Bunu mümkün etdiyiniz və gerçək liderliyin nələrə nail ola biləcəyini göstərdiyiniz üçün hamınıza təşəkkür edirəm. Silahları və dağıntıları bir kənara qoyub insanlara və rifaha sərmayə yatırdıqda böyük nailiyyətlər əldə etmək mümkündür. Beləliklə, etdiyiniz işlər üçün hər ikinizə təşəkkür edirəm”, - o qeyd edib.

     


    SON XƏBƏRLƏR