Amnistiya Aktı nəticəsində azadlığa buraxılan müğənni Dəniz Əsədova bu dəfə yenidən məhkəmə qarşısına çıxarılıb.
Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, müğənni bu dəfə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev ittiham aktını elan edib.
Daha sonra təqsirləndirilən şəxs Dəniz Əsədovaya söz verilib.
O, isə ona edilmiş ittihamla özünü təqsirli bilməyib.
Məhkəmənin növbəti iclası martın 19-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə ona qarşı Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.311.3.3-cü ( təkrar, külli miqdarda rüşvət almağa təhrik etmə), 32.312.3.3 (rüşvət verməyə təhrik etmə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Bakı 





