• Bakı C

    13.47 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Deputatların maşınlarına Füzuli Ələkbərovun şirkəti qulluq göstərəcək

CƏMİYYƏT

19 Fevral 2026 | 16:22

Deputatların maşınlarına Füzuli Ələkbərovun şirkəti qulluq göstərəcək

Milli Məclis “İmprotex Motors” şirkəti ilə nəhəng müqavilə bağlayıb.

Bakıvaxtı.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, müqavilədə rəsmi qarantiyada olan nəqliyyat vasitələrinə qulluq göstərilməsi nəzərdə tutulur.

Buraya yağ, sürtkü materialları, ehtiyyat hissələri və servis xidmətləri aiddir.

Müqavilənin maliyyə dəyəri isə 2 milyon 282 min 605 manat müəyyənləşib. Müqavilənin icra müddəti açıqlanmayıb.

Xatırladaq ki,“İmprotex Motors” şirkəti 1991-ci ildə yaradılıb. Şirkətin sahibi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. O, nazir işlədiyi 2006-2013-cü illərdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.


SON XƏBƏRLƏR