• Bakı 22° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Rəsul Ağayev dəfn edilib - YENİLƏNİB

SİYASƏT

19 Fevral 2026 | 14:02 | Müəllif: Əli Hüseynov

Rəsul Ağayev dəfn edilib - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Rəsul Ağayev dəfn edilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Nərimankənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

13:34

Sabirabad rayonunun Nərimankənd kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 ildən sonra tapılan şəhid Rəsul Babaxan oğlu Ağayevlə vida mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.Ağayev 1968-ci il avqustun 25-də Sabirabadın Nərimankənd kəndində anadan olub. 1993-cü il iyulun 12-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.

R.Ağayev doğulduğu kənddə dəfn ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026