Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Vaşinqtona işgüzar səfəri çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması mərasimi və birgə layihələrin təqdimatında iştirak edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti xəbər verib.
Prezidentin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb. Onların sırasında yanacaqdoldurma məntəqələri şəbəkəsinin yaradılması, suvarmada çiləmə texnologiyalarının tətbiqi, mühüm faydalı qazıntıların hasilatı və tədarükü, quşçuluq klasterinin formalaşdırılması, aqrar-sənaye və maliyyə bazarının inkişafı, eləcə də investisiya mühitinin yaxşılaşdırılması üzrə layihələr yer alır.
Tədbirlərdə ABŞ hökumətinin və maliyyə institutlarının nümayəndələri, o cümlədən ticarət nümayəndəsi Ceymison Qrir, prezidentin xüsusi nümayəndəsi Paolo Zampolli, “U.S. Eximbank”ın prezidenti Con Yovanoviç, ABŞ-Özbəkistan Ticarət Palatasının prezidenti Kerolyn Lemm və digərləri iştirak ediblər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Vaşinqtonda Sülh Şurasının ilk iclasına da qatılacaq./Teleqraf
Bakı 




