• Bakı C

    13.47 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Oruc tutan şəxslər necə qidalanmalıdır? 

CƏMİYYƏT

19 Fevral 2026 | 17:37

Oruc tutan şəxslər necə qidalanmalıdır? 

Hazırda Ramazan ayındayıq və bir çox insan oruc ibadətini yerinə yetirir. Bu dövrdə qidalanma rejimi adi günlərdən fərqləndiyi üçün sağlamlığa xüsusi diqqət yetirmək vacibdir. Gün ərzində uzun müddət ac və susuz qalmaq orqanizmə müəyyən yük yarada bilər.

Məhz buna görə imsak və iftar vaxtlarında düzgün və balanslı qidalanmaq böyük əhəmiyyət daşıyır.

Seçilən qidalar həm gün boyu enerji verməli, həm də həzm sistemini yormamalıdır. Ramazan ayında əsas məqsəd təkcə aclığa dözmək deyil, eyni zamanda orqanizmi qoruyaraq sağlam şəkildə ibadəti davam etdirməkdir.

Oruc tutan şəxslər necə qidalanmalıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında dietoloq Dürrə İsmayılova bildirib ki, hər zaman qidalanmanın sağlamlığına diqqət yetirilməlidir:

“Qazlı və şirin içkiləri, hətta kompotları belə qəti şəkildə məhdudlaşdırmağı məsləhət görürəm. Çox yaxşı olar ki, imsakdan əvvəl cəfəri və limondan hazırlanmış kokteyl qəbul edilsin, ardınca isə ilıq su içilsin. İmsakda yeyilən qidalara xüsusi diqqət yetirilməlidir ki, gün boyu maye qəbul olunmayacağı nəzərə alınaraq, həzmi rahat və orqanizmi uzun müddət tox saxlayan qidalar seçilsin”.

Dürrə İsmayılova, dietoloq 

Müsahibimiz əlavə edib ki, iftarda ilk bir saat ərzində əsasən maye qəbulu daha məqsədəuyğundur:

“Daha sonra qəbul edilən əsas yeməklə yanaşı mütləq salat da olsun. Salatın növü fərq etməz — kələm, kök, cəfəri və digər göyərtilər bol zeytun yağı ilə istifadə oluna bilər. Novruz bayramında hazırlanan təamları imsak və ya iftar vaxtı yemək mümkündür, lakin əsas yeməklərlə birlikdə deyil — yəni ya əsas yemək, ya da qoğal və digər şirniyyatlar seçilməlidir”.

Dietoloq qeyd edib ki, ümumilikdə daha çox yaşıl borşlara və qaynadılmış ətlərə üstünlük verilməsi məqsədəuyğundur:

“Balıq və toyuq seçərkən də mümkün qədər təbii və keyfiyyətli məhsullara üstünlük verilməlidir. Ən azı bir ay müddətində bu cür qidalanma rejimi xüsusilə idmanla məşğul olan şəxslər üçün daha faydalı ola bilər”.

Aynur Babazadə


SON XƏBƏRLƏR