Tanınmış vəkil Nüşabə Ağayevanın vaxtilə nümayəndəlik etdiyi şəxs olan Xalid Kərimovu onu sosial şəbəkələrdə təhqir etdiyinə görə məhkəməyə verib.
Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, vəkil Xalid Kərimov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə məhkəməyə xüsusi ittiham qaydasında ərizə təqdim edib.
Ərizənin istintaqı Zəngilan Rayon Məhkəməsinin hakimi Gülsarə İmanovanın sədrliyi ilə keçirilən proseslərdə araşdırılacaq.
Xatırladaq ki, Xalid Kərimov hazırda məhkəməsi gedən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işində zərərçəkmiş şəxsə qismində tanınıb.
Nüşabə Ağayeva ibtidai istintaq dövründə Xalid Kərimovun vəkili olub.
Bir müddət sonra tərəflər arasında gərginlik yaranıb və bundan sonra Xalid Kərimov onunla bağlı bəzi şərəf və ləyaqəti alçaldan, böhtan xarakterli məlumatları sosial şəbəkələrdə paylaşıb.
Bakı 




