• Bakı 12° C

    11.89 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Çingiz Qənizadə: “Qənimət Zahidi sığındığı ölkədə məhkəməyə verdim”

SİYASƏT

19 Fevral 2026 | 11:16

Çingiz Qənizadə: “Qənimət Zahidi sığındığı ölkədə məhkəməyə verdim”

“2019-cu ilin 18 avqust, 25 avqust, 1 sentyabr və 3 noyabr tarixlərində yayımlanan verilişlərdə mənimlə bağlı böhtan xarakterli məlumatlar səsləndirilirdi. Hazırda Fransada məskunlaşmış mühacir Qənimət Zahidov 2019-cu ilin avqust-sentyabr aylarında “Azərbaycan Saatı” YouTube kanalında yayımlanan videolarda mənim Ruslan Hüseynovun qətlində iştirak etdiyim, vəzifəmdən istifadə edərək istintaqa mane olduğum və AŞPA qərarlarını Rusiya xüsusi xidmətlərinin maraqları istiqamətində yönəltdiyim ittihamları qeyd olunub”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə Paris Çinayət Məhkəməsinin çıxarmış olduğu hökmlə bağlı mətbuat konfransında çıxışı zamanı bildirib.

Çingiz Qənizadə 6 noyabr 2019-cu ildə Fransada vəkillərlə müqavilə bağlayıb və Paris Məhkəməsinə müraciət edib:

“Videoların fransız dilinə tərcümə olunmuş variantlarını və şahid ərizəmi məhkəməyə təqdim etdim. Daha sonra pandemiya səbəbindən proses ləngidi. Lakin iş yenidən icraata götürüldü və bir neçə məhkəmə iclası keçirildi”.

Ç.Qənizadə qeyd edib ki, 4 sentyabr 2024, 3 dekabr 2024, 3 mart 2025, 19 mart 2025 və 30 iyun 2025-ci il tarixlərində iclaslar baş tutub, 5 sentyabr 2025-ci ildə isə son dinləmələr keçirilib. Hökm 21 oktyabr 2025-ci ildə elan olunub.

Onun sözlərinə görə, qarşı tərəf bir sıra iclaslara qatılmayıb və istintaq çağırışlarına cavab verməyib:

“Məhkəmənin təyin etdiyi istintaqçının çağırışlarına gəlmədiyinə görə o, polis vasitəsilə Parisə gətirilərək məhkəməyə çıxarılıb. Proses zamanı susmaq hüququndan istifadə edib”.

Qənizadə əlavə edib ki, müdafiə tərəfi prosesin Fransada baxılmasının mümkün olmadığı barədə yurisdiksiya məsələsi qaldırsa da, məhkəmə Fransa qanunvericiliyinə əsasən işə baxılmasının mümkün olduğunu təsdiqləyib.

Paris Cinayət Məhkəməsi tərəfindən çıxarılmış 21 oktyabr 2025-ci il tarixli hökmə əsasən Zahidov Qənimət Səlim oğlu Fransa qanunları ilə cinayət törətmiş şəxs hesab edilir və Fransada cinayət törətmiş şəxslər kateqoriyasına daxil edilir. 

O, məhkəmə qərarı ilə 500 avro cərimə və 300 avro təzminat ödəməyə məhkum edilib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

18 Fevral 2026