ABŞ Prezidenti Donald Tramp hələ İrana zərbə endirilməsi ilə bağlı yekun qərar qəbul etməyib, amma ordu bunu həftəsonu həyata keçirməyə hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.
Mənbələrdən birinin sözlərinə görə, prezident qapalı şəkildə həm İrana zərbə endirilməsinin lehinə, həm də əleyhinə fikirlər səsləndirib, həmçinin müşavir və müttəfiqlərinin mövqeyini öyrənib.
Telekanalın məlumatına əsasən, fevralın 18-də Ağ Evdə mövzu ilə bağlı yüksək vəzifəli rəsmilərin iştirakı ilə müşavirə keçirilib. Həmin gün ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və iş adamı Cared Kuşner Donald Trampa fevralın 17-də keçirilmiş İranla dolayı danışıqlar barədə məruzə ediblər.
CBS telekanalı da bundan öncə ABŞ administrasiyasının həftəsonu İrana zərbə endirilməsi imkanını nəzərdən keçirdiyini bildirmişdi./Teleqraf
Bakı 




