• Bakı 12° C

    11.89 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Nazir sədr müavinini işdən çıxardı - FOTO

CƏMİYYƏT

19 Fevral 2026 | 11:50

Nazir sədr müavinini işdən çıxardı - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (SSƏMN) yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad olunub. 

Bakıvaxtı.az Qaynarinfo-ya istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müvafiq əmri ilə Zaur Kamal oğlu İbrahimov tutduğu vəzifəsindən azad edilib. 

Qeyd edək ki, 1978-ci ildə Gəncə şəhərindən anadan olan Zaur İbrahimov 2020-ci ilin iyul ayından etibarən Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı.


SON XƏBƏRLƏR

18 Fevral 2026