• Bakı 12° C

    11.89 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO

HADİSƏ

19 Fevral 2026 | 11:40

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını gizlədərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan və bir müddət əvvəl də avtoxuliqanlıq etdiyi üçün inzibati məsuliyyətə cəlb olunan 99-L-768 nömrə nişanlı motosikletin sürücüsü Səid Zeynalov saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü S.Zeynalovun nəqliyyat vasitəsini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib.

 


SON XƏBƏRLƏR

18 Fevral 2026